DİN-in qarşısında analoqu olmayan qanunsuzluq: Yolkəsən kimdir? – FOTO

20210515150352Y4rmHVTvl5DqHgB22tOKfile

Bakının mərkəzində küçələrin biri tamamilə zəbt olunub, insanların və nəqliyyatın hərəkətinə qapadılıb.

Həmin küçənin – Süleyman Tağızadə küçəsinin sakinlərindən daxil olan müraciətdə bildirilir ki, yola şlaqbaum qoyulub və oradan bir nəfərin maşın dayanacağı kimi istifadə olunur: “Süleyman Tağızadə küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Təbriz Xəlilbəyli küçəsi ilə kəsişməsinə qədərki hissəsi 2000-ci illərdə bina tikintisi ilə əlaqədar bağlanmışdı. Bu səbəbdən sakinlərin və nəqliyyatın hərəkətinə maneələr yaranmışdı.

Bir müddət əvvəl binanın tikintisi başa çatdı, yol örtüyü bərpa edildi, hətta yol nişanları da qoyuldu. Amma həmin yol kimsə tərəfindən zəbt edildi və qanunsuz olaraq şlaqbaum qoyuldu. Bununla bağlı sakinlərin müraciəti cavabsız qalır”.

Maraqlıdır ki, bu özbaşınalıq, qanunsuzluq Daxili İşlər Nazirliyindən cəmi 100 metr məsafədə baş verir.

Onsuz da sıx, daim tıxac olan həmin ərazidə küçələrin birinin kiminsə ixtiyarına verilməsi, yəqin ki, analoqu olmayan hadisədir.

arasz.az

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir