İsrailə uçuşlar dayandırıldı

israil1

ABŞ-ın və Britaniyanın hava yolu şirkətləri İsrailə uçuşları dayandırıb.

ABŞ-ın”American Airlines”, “United Airlines”, “Delta Air Lines” və Britaniyanın “British Airways” şirkətləri Təl-Əvivə bütün uçuşları ləğv edib.

“Həmkarlarımızın və müştərilərimizin təhlükəsizliyi hər zaman bizim üçün əsas prioritetdir. Biz vəziyyəti yaxından izləyirik”, – deyə “British Airways”in yaydığı açıqlamada bildirilib.

Britaniyanın “easyJet” hava yolu şirkəti isə bildirib ki, hələlik onlar Təl-Əvivə uçuşları dayandırmır.

“Əlbəttə ki, biz vəziyyəti izləməyə davam edəcəyik”, – deyə şirkətin sözçüsü bildirib.

Qeyd edək ki, son günlər İsraillə Fələstin arasında baş vermiş toqquşmalarda indiyədək ümumilikdə 89 nəfər həlak olub, yüzlərlə yaralı var.

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir