Füzuli Əhmədova yeni vəzifə verildi

1619119807sirketmemurBir müddət öncə pozuntulara görə vəzifəli şəxslərinin əksəriyyəti sərəncama götürülən Suraxanı Rayon Polis İdarəsində (RPİ) kadr təyinatı həyata keçirilib.

araztv.com  Qafqazinfo-ya istinadən xəbər verir ki, nazirin əmri ilə Nəsimi RPİ-nin İstintaq Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Füzuli Əhmədov işdən çıxarılıb.

Digər əmrlə F.Əhmədov Suraxanı RPİ-nin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Bu postu isə daha əvvəl Famil Vəliyev tuturdu. O, ötən ilin sentyabrında təyin edildiyi bu vəzifədə 6 ay xidmət apara bildi. Bu ilin mart ayında isə vəzifəsindən çıxarılaraq Nizami RPİ-yə göndərildi.

Qeyd edək ki, bir neçə ay öncə Suraxanı rayon Polis İdarəsində aparılan kompleks yoxlamadan sonra 30-dan çox yüksək rütbəli şəxs nöqsanlara görə işdən uzaqlaşdırılmışdı.

araztv.com 

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir