Əli Həsənovun oğlunu məhkəməyə verdilər – SƏBƏB

elihesenov67

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Kaspi Global” Məhdud  Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı məhkəmə iddiası qaldırıb.

araztv.com Yeniavaz.com-a istinadən bildirir ki, məhkəmə baxışı bu gün – 07.05.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın sədrliyi ilə baş tutacaq.

Məhkəmə iddiasının müqavilə tələbini ilə əlaqəli olduğu bildirilir.

Qeyd edək ki, məhkəmə iddiasında borclu olaraq göstərilənın “Kaspi Global” MMC-nin direktoru Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənlidir.

Hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Fikrət Əmirov, ev 1-də yerləşən “Kaspi Global” MMC 27.07.2011-ci ildə dövlət qeydiyyatına alınıb.


 

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir