Bakıda şirkətdən 90 min manatlıq oğurluq edilib

POLIS45

Bakıda şirkətdə oğurluq hadisəsi olub.

araztv.com xəbər verir ki , bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN Baş Cinayət Axtarışı İdarəsi və Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 28-də Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən MMC-yə məxsus 90 220 manat dəyərində 675 metr naqili, 6 ədəd birləşdiricini və elektrik lövhəsinin hissələrini oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri A.Həşimov, E.Vəliyev, N.Atayev və S.Hümmətov saxlanılıb.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir