Jurnalistlərin vaksinasiyası ilə bağlı Mətbuat Şurası məlumat yaydı

WhatsApp Image 2021 05 04 at 16.00.36

İndiyədək Azərbaycan Mətbuat Şurasının binasında “COVID-19” əleyhinə vaksinin birinci dozasının tətbiq edildiyi jurnalistlərə, mayın 6-dan başlayaraq vaksinin ikinci dozasının tətbiqi başlanılacaq. Mətbuat Şurasından araztv.com-a daxili olan məlumata görə, aprel ayının 9-da vaksinasiyadan keçmiş media təmsilçiləri üçün, ikinci doza may ayının 6-da, aprelin 12-i və 13-ü tarixlərində birinci doza tətbiq edilmiş jurnalistlərə isə, aprelin 16-da ikinci doza tətbiq ediləcək.
Aprelin 26-da vaksinin birini dozası tətbiq edilən jurnalistlərlə bağlı, Mətbuat Şurası tərəfindən əlavə məlumat veriləcək.
Qeyd edək ki, vaksinasiya yenə də Mətbuat Şurasının binasında keçiriləcək.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir