Səfir: “Bu, Rusiyanın Azərbaycana münasibətində dostluq jestidir”

bocarnikov1jpg 1617182624

“Rusiyanın “Sputnik V” vaksininin ilk partiyasının bizim üçün xüsusi bir gündə – Pasxa bayramında Bakıya gətirilməsindən çox məmnunuq”.

araztv.com report-a istinadən xəbər verir ki , bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib.

“Pasxa insanlara sülh və xeyirxahlıqla müraciət etməkdir. Peyvəndin Bakıya gətirilməsi Rusiyanın Azərbaycana münasibətində dostluq jestidir. Peyvənd Azərbaycanın koronavirus infeksiyasına qarşı mübarizəsində öz töhfəsini verəcək. “Sputnik V” vaksin özünü dünyada çox yaxşı göstərib və artıq dünyanın 64 ölkəsində qeydiyyatdan keçib. Rəqəmlər artıq sözünü deyir.

Rusiya pandemiyaya qarşı mübarizədə qardaş Azərbaycana kömək etmək üçün əlindən gələni edir. Əminəm ki, bugünkü aksiya ölkələrimiz arasında çox yaxın və mehriban xarakterli münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edəcək”

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir