Çavuşoğlu Azad Rəhimovdan yazdı

cavusoglu90cavo

Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə bağlı onun ailəsinə və Azərbaycan xalqına başsağlığı verib.

araztv.com xəbər verir ki, türkiyəli nazir bu barədə öz tvitter səhifəsində yazıb.

“Can Azərbaycanın gənclər və idman naziri, qardaşımız Azad Rəhimovun vəfatı xəbərini böyük bir kədər hissi ilə qarşıladım. Mərhuma Allahdan rəhmət, onun ailəsinə və bütün azərbaycanlı qardaşlarımıza səbr və başsağlığı diləyirəm. Məkanı cənnət olsun”, – M.Cavuşoğlu tvitində yazıb.

 

 

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir