“Xəbər bizi son dərəcə sarsıtdı” – İlham Əliyev İsrailə başsağlığı verdi

prezident mansetttjpg 1613048260

Azərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti Reuven Rivlinə başsağlığı məktubu ünvanlayıb.

araztv.com  xəbər verir ki, başsağlığı məktubunda deyilir:

 

“Hörmətli cənab Prezident,

Meron dağında keçirilən dini mərasim zamanı çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi son dərəcə sarsıtdı.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost İsrail xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

 

 

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir