“Bakıya dəvət edildim və bütün problemlərim həll edildi” – Bayram Kərimov

z 175 660x330

“Mən Müdafiə Nazirliyi tərəfindən Bakıya dəvət olundum, “Papanin” xəstəxanasında oldum və onun bütün problemləri artıq həll olundu”.

araztv.com  Azxəbər.com-a istinadən bildirir ki, bu sözləri Vətən müharibəsində əsir düşmüş Bayram Kərimov deyib.

O bildirib ki, bütün sənədləri ona təqdim edilib və müayinədən keçib: “Papanin” xəstəxanasında müayinədən keçdim, daha sonra bütün sənədlərim mənə təqdim edildi. Hazırda Gəncədəyəm, hər şey qaydasındadır. Heç bir şikayətim yoxdur. Bir daha Cənab Prezidentə, Müdafiə Nazirliyinə və xəstəxananın rəhbərliyinə təşəkkür edirəm”.

Bayram Kərimovun əlliliklə bağlı müraciətinə də baxılıb. O bildirib ki, yaxın zamanlarda bu məsələ də həll ediləcək.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir