Bakıda çay evindən 8 min manatlıq oğurluq edildi

 cayxana23

Bakıda çay evində oğurluq hadisəsi olub.

araztv.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 27-də rayon ərazisindəki çay evlərinin birindən 8000 manat dəyərində 3 ədəd televizor, 2 ədəd samovar, kondisioner mühərriki, kamera monitoru, yaddaş qurğusu və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Dadaşov saxlanılıb.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir