Hüquqları pozulan pasiyentlərin müraciətinə TƏBİB və ya məhkəmə baxacaq

1619172842.8378

Hüquqları pozulan pasiyentlərin müraciət edə biləcəyi qurumların siyahısına TƏBİB də əlavə olunub.

araztv.com-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, hüququ pozulan pasiyentər artıq Səhiyyə Nazirliyinə müraciət etməyəcək.

Belə ki, pasiyentin hüquqları pozulduqda, o, müalicə-profilaktika müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) – TƏBİB-ə və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə biləcək.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

 

APA

 

 

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir