Anar Kərimov yeni növ koronavirusa yoluxdu

bandicam 2021 04 21 21 24 32 865

Anar Kərimovla təmasda olan nazirlik işçiləri karantinə alınıblar

Mədəniyyət naziri Anar Kərimov yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Nazirliyin məlumatına görə, nazirin analiz nümunəsinin nəticəsi müsbət çıxdığından o, karantinə alınıb.

“COVID-19 virusuna yoluxan Anar Kərimov 16 aprel 2021-ci il tarixindən müalicə olunur və hazırda vəziyyəti stabildir”, – nazirliyin məlumatında bildirilir.

Anar Kərimovla yaxın təmasda olan Mədəniyyət Nazirliyinin əməkdaşlarının da qaydalara uyğun olaraq karantinə alındığı və bir müddətdir fəaliyyətlərini məsafədən həyata keçirdikləri bildirilib.///Meydan.Tv

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir