Rusiya səfirliyi qarşısında “Rus rədd ol!” şüarı ilə etiraz aksiyası keçirilib

bandicam 2021 04 09 17 51 57 489

Bu gün Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısında bir qrup insan “Rus rədd ol!” şüarı ilə etiraz aksiyası keçirib. 

Demokrat.az xəbər verir ki, aksiyada onlarla vətəndaş iştirak edib.

Aksiya zamanı Rusiyanın Qarabağda erməni separatçılarına açıq dəstək olmasına və 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana qarşı istifadə olunmuş “İsgəndər” raketlərindən istifadə edilməsi faktına etiraz bildirilib. 

Bundan əlavə, etirazçılar “Bu Vətən bizimdir, bizim olacaq”, “Xankəndi Azərbaycandır!”, “Xocalı Azərbaycandır!” kimi şüarlar səsləndiriblər. 

Aksiyanın sonunda etiraz bəyanatı səsləndirilib. 

Vaqif HÜSEİNLİ,
Demokrat.az

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir