Cəmil Həsənli Hafiz Hacıyevə sui-qəsd təklifindən danışdı

1617162401 303

 

DİN Cəmil Həsənlidən Hafiz Hacıyevin “başa salınması” üçün icazə istəyib?

Milli Şuranın sədri, professor Cəmil Həsənli “Azad söz” yutub kanalında verdiyi müsahibə ölkədə yeni gündəm yaradıb. 

araztv.com  xəbər verir ki, 2013-cü ildə keçirilmiş prezident seçkilərində Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə Milli Şuranın sədri Cəmil Həsənli arasında insident baş vermişdi.

Cəmil Həsənli açıqlama verərək, bildirib ki, həmin insidentdən sonra Daxili İşlər Nazirliyinin əməkdaşı onunla görüşüb. Cəmil Həsənlidən Hafiz Hacıyevin “başa salınması” üçün icazə istənilib. Lakin o razılıq verməyib.

Cəmil Həsənlinin bu açıqlaması ciddi narahatlıq doğurub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev iddiaları cəfəngiyyat adlandıraraq, əlavə şərhə lüzum olmadığını bildirib. /baxar.az/

[bt_youtube url=”‘https://www.youtube.com/embed/6vmyrVrPfzM'” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir