Rusiyaya sanksiyalar: ABŞ rəhbərliyi parçalandı

kreml mosc

Rusiyaya tətbiq ediləcək yeni sanksiyalardan dolayı ABŞ administrasiyasında ciddi fikir ayrılıqları yaranıb.

araztv.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

Bildirilib ki, ABŞ Dövlət katibinin müavini Viktoriya Nuland sanksiyalar məsələsində qətiyyətli mövqe sərgiləyir. Departamentdəki bürokratlar isə sanksiyaları prinsip etibarı ilə dəstəkləsə də, bu addımın ABŞ iqtisadiyyatına ciddi zərbə vuracağını iddia edir.

Sanksiyalar əleyhinə çıxan qrup partnyorların da mövqeyinin nəzərdə saxlanılmasını vacib sayır. Nuland isə ABŞ-ın addımının Avropa Birliyinin mövqeyinə uyğun olduğuna şübhə ilə yanaşır.

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir