Millimizin qapıçısı Portuqaliya ilə matçın ən yaxşısı seçildi

Screenshot 1 89

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Portuqaliya ilə 2022-ci il dünya çempionatının seçmə mərhələsinin matçının ən yaxşı oyunçusu seçilib.

araztv.com xəbər verir ki, “Whoscored” 27 yaşlı qolkiperi qurtarışlarına görə bu ada layiq görüb.

Portuqaliya yığmasının 29 zərbəsindən 15-i çərçivəyə yönəlib. Bunlardan altısı futbolçular tərəfindən bloklanıb, səkkizinin qarşısını isə qapıçı aldı.

Məhəmmədəliyev 8,1 xalla görüşün ən yaxşı oyunçusu adını qazanıb.

Qeyd edək ki, Portuqaliya Azərbaycan millisini 36-cı dəqiqədə Maksim Medvedevin vurduğu avtoqolla məğlubiyyətə uğradıb. /Report/

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir