Angela Merkel AŞPA-nın yaz sessiyasında çıxış edəcək

161653056449668h26tFD

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası 19-22 aprel 2021-ci il tarixlərində hibrid formatda (birbaşa və onlayn) keçiriləcək.

araztv.com Pravda.az-a istinadən xəbər verir ki, AŞPA üzvlərinə yaz sessiyasında qış sessiyada olduğu kimi uzaqdan və ya Strasburqda şəxsən iştirak etmək imkanı yaradılacaq.

Yaz sessiyası zamanı Almaniyanın Nazirlər Komitəsinin sədrliyi münasibətilə, kansler Angela Merkel və Xarici İşlər naziri Heiko Maas iştirak edəcəklər.

Gündəlikdəki mövzulara isə Assambleyanın Avropa Şurasının strateji prioritetlərinə baxışı və Belarusda seçki islahatlarına ehtiyac barədə birgə müzakirələr daxildir.

Sessiya çərçivəsində “Aleksey Navalnının 2021-ci ilin yanvarında həbsi” mövzusunda təcili bir debat tələbi də təqdim edilib.

 

 

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir