Ərdoğandan Novruz təbriki:”Çiyin-çiyinə daha etibarlı gələcək qurmağa davam edəcəyik”

erdogan herbi salam e1607454581720Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Novruz bayramı ilə əlaqədar təbrik

mesajı ünvanlayıb.

araztv.com xəbər veir ki, təbrikdə dünyaya daha firavan və ədalətli həyat arzusi yer alıb. Bildirilib ki, baharın müjdəçisi, sülh və qardaşlığın simvolu olan Novruz Orta Asiyadan Anadolu və Balkanlara qədər geniş coğrafiyada min illərdir coşqu ilə qeyd olunur:
“Novruzla mesajı verilən birlik və həmrəylik duyğusunun bütün dünyaya kök salmasını və daimi olmasını diləyirəm. Novruzun cücərtdiyi ümid və həyəcanla həm ölkəmiz, həm bölgəmiz, həm də bütün bəşəriyyət üçün daha firavan, daha ədalətli və daha etibarlı gələcəyi qadını və kişi, gənc və yaşlı ilə çiyin-çiyinə qurmağa davam edəcəyik. Novruzun əziz millətimizə və bütün insanlığa əmin-amanlıq, bərəkət və müjdələr gətirməsinə ümid edir, bütün vətəndaşlarımızı səmimi-qəlbdən salamlayıram”.   /
Cebhe.info/

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir