Qaqauziya başqanı Azərbaycan səfiri ilə görüşüb – FOTO

WhatsApp Image 2021 03 17 at 21.59.56

Moldova Respublikasındakı Qaqauziya Muxtariyyətinin başqanı İrina xanım Vlahla, Azərbaycan Respublikasının Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov arasında görüş olub. Səfirlikdən araztv.com-a daxil olan məlumata görə, görüş zamanı, başkan xanım Qaqauziyadakı Çadır-Lunqa şəhərində Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə inşa edilən Mədəniyyət — Təhsil Mərkəzinin binasında işin gedişi, icra mərhələsi, eləcə də istifadəyə verilməsi şərtləri barədə səfirə ətraflı məlumat verib. Bu görüşdə, həmçinin başqan və səfir Muxtariyyət rəhbərlərinin Azərbaycana gözlənilən səfərlərini və Qəbələ rayonu ilə əməkdaşlıq müqaviləsinin imzalanması planlarını da müzakirə ediblər. Qeyd edək ki, Mədəniyyət — Təhsil Mərkəzinin açılışı bu ilin birinci yarısına planlaşdırılır. Yeri gəlmişkən, onu da bildirək ki, bu Mərkəzin Ulu Öndər Heydər Əliyevin adına adlandırılması təşəbbüsü ilə, Qaqauziyanın rəhbəri çıxış edib.

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir