Azərbaycanlı alim vəfat edib – FOTO

1615907802 161423218 10221425669405330 8076476952253318346 n

Ukraynada Azərbaycan diaspor nümayəndəsi, Ukrayna Elmlər Akademiyasının müxbir üzvü, görkəmli alim Nadir Əlişov vəfat edib.

O, bu gün yaşadığı Kiyev şəhərində uzun sürən xəstəlikdən sonra 72 yaşında dünyasını dəyişib.

Mərhum Kiyev şəhərində müsəlman qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, N.Əlişov SSRİ Nazirlər Sovetinin və N.Ostrovski adına Ukrayna Gənclər mükafatlarının laureatı olub.

O, Ukraynada Azərbaycan diaspor təşkilatının qurucularından biri olub.

Qeyd edək ki, N.Əlişov 1948-ci ildə anadan olub

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir