Paşinyan Qasparyanın dostunu da İŞDƏN QOVDU – FOTO

onik qasparyan

Ermənistanın baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın yaxın dostu, Vayots Dzor bölgəsinin qubernator müavini vəzifəsində çalışan Arayik Muradyanı vəzifəsindən azad edib.

araztv.com Publika.az-a istinadən xəbər verir ki, onun hansı səbəbdən işdən çıxarıldığı açıqlanmasa da, Muradyanın baş nazirin istefasını tələb edən Qasparyana dəstək olduğu və onu müdafiə etdiyi bildirilib.

Arayik Muradyan 29 oktyabr 2020-ci ildə baş nazirin seçimi ilə vəzifəyə təyin olunmuşdu.

Xatırladaq ki, Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan bir neçə gün əvvəl vəzifəsindən azad edilib.

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir