Bakıda sahibkar “oğru”nun başını zəncirlə bağladı – DİN-dən açıqlama + Video

Screenshot 2 23

Sosial şəbəkələrdə Sabunçu rayonu ərazisində yerləşən mağazaların birindən oğurluq etdiyi iddia olunan şəxsin mağaza sahibi tərəfindən zəncirlənməsi ilə bağlı görüntülər yayılıb.

araztv.com Turkustan.info-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi məlum görüntülərlə bağlı araşdırma aparıb.

Vətəndaşın başını zəncirlə bağlayıb onu videoya çəkən və təhqir edən sahibkar müvafiq polis orqanına dəvət olunub.

“Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcəkdir”, deyə DİN mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur

[bt_youtube url=”‘https://www.youtube.com/embed/3pQ-Bdkb3Os'” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir