Həmsədrlər Qarabağla bağlı bəyanat yaydı: “Sabitliyin təşviqi, vasitəçilik prosesinin üsulları

ATET

ATƏT-in Minsk Qrupu həmsədrləri (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Şofer) bu gün birgə bəyanat yayıblar.

Bəyanat ATƏT-in rəsmi saytına yer alıb.

Bəyanatda deyilir:

ATƏT-in Minsk Qrupu həmsədrləri, fevralın 16-da Ermənistan xarici işlər naziri Ara Aivazian və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə videokonfrans formatında ayrı-ayılıqda görüş keçiriblər.

ATƏT-in fəaliyyətdə olan sədrinin Şəxsi Nümayəndəsi Andjey Kaspşik görüşlərə qatılıb.

Həmsədrlər nazirlərlə bölgədə sabitliyin təşviqi, vasitəçilik prosesinin üsulları və ATƏT-in fəaliyyətdə olan sədrinin Şəxsi Nümayəndəsinin rolu ilə əlaqədar uzun və əsaslı fikir mübadiləsi aparıblar.    /APA/

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir