Təhsil naziri müəllim və şagirdlərə müraciət edib

Emin Əmrullayev

“Ənənəvi tədris forması mərhələli şəkildə bərpa olunur”.

araztv.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki hesabında yazıb.

“İlkin mərhələdə bölgələrdəki ümumi təhsil müəssisələrində və uşaq-gənclər inkişaf mərkəzlərində təhsil alan şagirdlərimiz əyani formada dərslərdə iştirak edirlər”, – deyə nazir bildirib.

O qeyd edib ki, sosial məsafəni qorumaq, maska taxmaq və şəxsi gigiyena qaydalarına riayət etmək olduqca zəruridir.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir