Bəs hanı “artsax”? Rusiya da etiraf edir… – Erməni KİV

shusha e1612773438452

Ermənistanda “arsax”ın mövcudluğuna inanan insan qalmayıb. Buna inanmaq üçün sadəlövh olmaq lazımdır. Əgər burada hər şeyi Bakı həll edirsə, hansı “artsax”dan söhbət gedə bilər? Bir şey ki, Azərbaycanın xəbəri olmadan Stepanakertə (Xankəndi – red.) heç kəs daxil ola bilməz.

araztv.com  xəbər verir ki, bu barədə erməni Teleqram kanalı “Armsider” yazıb.

“Qondarma “arsax hökuməti” gözdən pərdə asmaq üçün saxlanılıb. Bugünlərdə bu “hökumət” Şuşa şəhərində azərbaycanlı hərbçilərə elektrik enerjisi verməyi boynuna götürüb.

İndi artıq hər şey aydın olur:

– Ermənilərdən başqa, Bakının rəsmi icazəsi olmadan Xankəndiyə heç kəs daxil ola bilməz;

– Keçmiş və qondarma “dqr”in geydirmə rejimi hətta “bayrağ”ından istifadə etməklə müxtəlif tədbirlər təşkil edə bilməz;

– Nəhayət, həmin “artsax” Şuşa şəhərində Azərbaycan hərbçilərinə elektrik enerjisi verir.

Burada tamamilə məntiqi sual yaranır: “Bəs “arsax” hanı? Cavab isə aydındır: o yoxdur! Azərbaycanın tərkibində Qarabağ var və bunu hamı, o cümlədən Rusiya etiraf edir”, – kanal yazır. (axar.az)

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir