Mətbuat Şurasının 2 oğlunun itkin düşdüyünü deyən qadınla bağlı TƏƏSÜF DOĞURAN BƏYANATI

                       
WhatsApp Image 2021 02 05 at 00.49.04

 
Azərbaycan Mətbuat Şurası bir sıra kütləvi informasiya vasitələrində, eləcə də  sosial şəbəkə profillərində iki övladının – Valid və Azər Kazımovların Vətən Müharibəsində itkin düşdüyü bildirilən Rəna Kazımova adlı qadının  videogörüntüləri ilə bağlı, təəssüf doğuran Bəyanat yayıb. Şuradan araztv.com-a daxil olan həmin Bəyanatda deyilir: “Həmin görüntülərdə qadın  ağlayaraq, övladlarından xəbər ala bilmədiyini diqqətə çatdırır, kömək  istəyir.
Araşdırmalar nəticəsində məlum olub  ki, Lənkəran rayon sakini olan və hazırda Suraxanı rayonunun Hövsan  qəsəbəsində kirayə yaşayan Rəna Kazımovanın ümumiyyətlə övladı yoxdur.  Azərbaycan Respubliasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə  Dövlət Xidmətinin Suraxanı rayonundakı strukturu tərəfindən Valid və  Azər Kazımov adlı şəxslər hərbi xidmətə çağrılmayıblar. Bundan başqa, bu adlar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin itkin düşmüş  şəxslərlə əlaqədar siyahısında da yer almır.
Mətbuat  Şurası medianı, sosial şəbəkə istifadəçilərini, həmçinin sosial şəbəkədə aktivliyi ilə seçilən jurnalistləri Vətən Müharibəsi, şəhidlər və itkin düşmüş şəxslərlə bağlı mövzulara həssas yanaşmağa çağırır. Təəssüf ki, hazırda haqqında söz açdığımız konkret məsələ ilə bağlı, biz, bu həssaslığı görə bilmədik.
Ruhi xəstə olan  vətəndaşın düşdüyü durumun nəzərə alınmaması və mövcud xüsusda meydana çıxan yanlışlıq cəmiyyətdə gərginlik effekti yaratdı. Gərginliyin  yaranması isə, eyni zamanda, peşəkar media adına yolverilməz hərəkətdir.  Nəzərə alınmalıdır ki, Vətən Müharibəsi kimi, Azərbaycan cəmiyyəti üçün kifayət qədər həssas əhəmiyyət daşıyan məsələyə münasibətdə qeyri-peşəkarlığın insanların əsəblərini tarıma çəkmək, 44 günlük  müharibədə qazanılmış qələbəyə kölgə salmaq ehtimalı var. Media mövzuya ilk növbədə bunu düşünərək yanaşmalıdır”.
O da  nəzərə alınmalıdır ki, Azərbaycan dövləti şəhid ailələrinə, onların  problemlərinə münasibətdə diqqətlidir, itkin düşmüş şəxslərin tapılması  istiqamətində ardıcıl iş aparır. Belə bir durumda jurnalist fəaliyyəti  dövlət-vətəndaş münasibətlərinə xələl gətirməməli, etimad mühitini  zədələməməli, əxlaq normalarını aşan, bəşəri dəyərlərə zidd üsul və  vasitələrdən yararlanmamalı, manipulyativ xarakter daşımamalıdır. Baş  vermiş hadisə isə göstərir ki, bir sıra jurnalistlərimiz bu prinsiplərə  əməl etməyiblər. Belə olan halda peşə dəyərlərinə sadiqlikdən danışmaq  mənasızdır.
Azərbaycan Mətbuat Şurası bir daha  kütləvi informasiya vasitələrimizin təmsilçilərini, müstəqil  jurnalistləri Vətən Müharibəsi ilə bağlı mövzulara münasibətdə həssaslıq  nümayişinə, peşəkarlığa, yayılmış fikirlərin informasiya dəyərini  yoxlamağa, onların reallıq dərəcəsini nəzərdən keçirməyə, müvafiq  dəqiqləşdirmələr aparmağa çağırır.
 
 
araztv.com xəbər portalı.


WhatsApp Image 2021 02 05 at 00.46.36
 
 
P.S. Mətbuatda və saytlarda insanlar işləyir, onları aldadıb, hisslərilə oynamaq yaxşı iş deyil!

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir