Nazir iki rayona polis rəisi TƏYİN ETDİ

vilayet

Masallı və Tovuz rayonlarına yeni polis rəisləri təyin edilib.

araztv.com xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmrlər imzalayıb.

Əmrə əsasən, Neftçala rayon polis şöbəsinin rəisi polkovnik Vüsal Şəbəndəyev tutduğu vəzifədən azad edilərək Masallı rayon Polis Şöbəsinə rəis təyin edilib.

Masallının sabiq polis rəisi Habil Əmiraslanov isə Tovuz rayon Polis Şöbəsinə rəis təyin edilib.(APA)

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir