Paşinyanın ailəsi Moskvada təhqir olundu

anna akopyan e1610691726321er

Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan və qızları Moskva aeroportunda qalmaqalla üzləşiblər.

araztv.com   teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə “Mediaport” teleqram kanalı bildirib.

Qeyd edilir ki, hadisə ilə əlaqədar aeroportun gəlmə zalında təxliyə elan olunub.

Məlumata görə, bundan əvvəl Rusiyanın erməni icmasının nümayəndələri, rəsmiləri zorla aeroportun görüş zalına soxulublar.Onlar Anna Akopyanı, qızları Şuşan və Marianı “satqınlar” şüarı ilə qarşılayıblar.

Nikol Paşinyanın ailə üzvləri Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən təxliyə olunublar.

Daha əvvəl teleqram kanal bildirib ki, Paşinyanın arvadı və qızları 10 silahlı mühafizəçinin müşayiəti ilə Rusiya vətəndaşlığını almaq üçün Moskvaya gedib.

Onların Moskvada yaşamaq üçün mənzil axtardıqları da qeyd olunur. 

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir