“Dünya ABŞ-a gülür, Leninlə Stalin isə gülümsəyir”

big 1610266411 trr

ABŞ-ın hazırkı Prezidentinin oğlu – kiçik Donald Tramp ölkədəki söz azadlığının atasının tvitter hesabının həmişəlik bloklanmasından sonra öldüyünü deyib.

araztv.com  “Qafqazinfo”-ya istinadən  bildirir ki, bu barədə o, tvitterdə yazıb.

“Dünya ABŞ-a gülür, Mao (Tszedun), (Vladimir) Lenin və (İosif) Stalin isə gülümsəyirlər. Texnoloji nəhənglər Prezidenti senzuraya məruz qoya bilərmi? Söz azadlığı ölüdür və güclü solçular tərəfindən idarə olunur”, – kiçik Donald Trampın paylaşımında deyilir.  

Prezidentin oğlu sosial şəbəkə administrasiyasının tezliklə onun da hesabını bloklayacaqlarını istisna etməyib.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir