Onun UNO-larla əlaqəsi var? – Tanınmış jurnalistdən deputata ittiham

1609638133 1

“Göyçay rayonunun 15 illik bir deputatı var, Sabir Hacıyev. Bu adam mifdir: İddia olunur ki, hər dəfə parlament seçkiləri bitəndən dərhal sonra UNO-lar Yer kürəsindən götürüb aparır”.

araztv.com  Sfera.az-a istinadən xəbər verir ki, tanınmış jurnalist Elşad Məmmədli deputat Sabir Hacıyevin fəaliyyətsizliyinə dair ironik paylaşım edib.

Deputatın fəaliyyətsizliyindən narazılıq ifadə edən jurnalist daha sonra bunları yazıb:

“Düz 5 il seçicilər onun taleyindən xəbər tuta bilmir. Növbəti seçkidə UNO-lar endirir Yerə. Son seçkidən, 2020-nin martından sonra yenə UNO-lar götürüb aparıb kişini.

Müharibə dövründə də görünmədi. Müharibə bitib, indi yenə də bir şəhidin, qazinin, yaralının qapısını açmır rayonda. UNO-lar imkan vermir gəlsin, Yerə”.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir