Regionda siyasi dəyişikliklər başlayır: “Müharibə mümkündür…”

lacin dehlizi 1“Rusiya Laçın dəhlizi vasitəsilə Ermənistan Silahlı Qüvvələrinin növbəti bölmələrini Şuşanın ətraf kəndlərinə, Xocavənd və Ağdərədə yerləşdirir. Erməni hərbçilər məhz Rusiya “sülhməramlı” qüvvələrinin müşaiyəti ilə Laçın dəhlizindən keçərək Azərbaycan ərazisinə daxil olur”.

araztv.com  Turkustan.info-ya istinadən xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Rusiya 10 noyabr üçtərəfli Bəyannaməsində nəzərdə tutulan bəndləri pozaraq erməni silahlı birləşmələrini ərazidən çıxarmır, əksinə Ermənistandan yeni silahlı hərbçilər gətirir:

“Rusiya bununla növbəti hərbi qarşıdurmanı körükləyir və erməniləri buna hazırlayır. Dağlıq Qarabağda qondarma rejimin nümayəndəsi Vitaliy Balasanyan yeni təhlükəsizlik bölmələri və silahlı qüvvələr hazırlayacaqlarını vurğuladı. Bu açıqlama birbaşa Rusiyanın mesajıdır və Moskvanın icazəsilə Balasanyan danışır. Rusiyanın Ermənistandan yeni hərbi qüvvələr gətirib Dağlıq Qarabağ ərazisində yerləşdirməsi ilə bir neçə planı var. Birincisi Ermənistan Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına imkan verməməkdir. İkincisi Qarabağ münaqişəsini bir neçə ildən sonra yenidən qızışdırmaqdır. Üçüncü, Qarabağın statusunu açıq saxlamaq, dörüdüncü, Azərbaycana təzyiq etmək, beşinci, azərbaycanlıların Xankəndi və digər ərazilərə köçürülməsinin qarşısını almaqdır. Rusiya Ermənistan Silahlı Qüvvələrini bu ərazilərdə yerləşdirirsə, Xankəndidə suverenliyimiz hansı əsasla olacaq? Dağlıq Qarabağda silahlı erməni qüvvələri olacaqsa, azərbaycanlı köçkünlərin Şuşanın erməni nəzarətində olan kəndlərinə və Xankəndinə qayıtması problemdir”.

Politoloq vurğulayıb ki, Rusiya Dağlıq Qarabağda nəzarət etdiyi ərazilərdə “sülhməramlı” missiya kimi xidmət etmir:

“Burada erməniləri müdafiə edir və hərbiləşdirir. Azərbaycanın bu ərazilərdə yuridiskiyasının gələcək perspektivdə tam qarşısını alır və növbəti silahlı qarşıdurma üçün erməniləri toparlayır. Rusiyanın Dağlıq Qarabağdakı hərbçiləri sülhməramlı deyillər. Azərbaycan yeni müharibəyə hazır olmalı, Türkiyə ilə hərbi müttəfiq müqaviləsi bağlamalı, Qarabağda Türkiyənin hərbi bazası yardılmalıdır. Rusiya Azərbaycanın iradəsinə zidd olaraq işğal və erməni terroruna lojistik dəstək verir. Azərbaycan xalqı bilməlidir ki, Rusiya Dağlıq Qarabağda sülhməramlı deyil, erməniləri silahlandırır və növbəti mərhələdə müharibəyə hazırlaşdırır. Bunun qarşısı indidən alınmalı, Azərbaycan artıq Xocavənd, Ağdərədə anti-terror əməliyyatları keçirib nəzarəti bərpa etməlidir. İndidən bu prosesin qarşısı alınmasa, yeni müharibə mümkündür”.

Regionda ciddi geosiyasi dəyişikliklərin getdiyini deyən politoloq Rusiya və Türkiyə əlaqələrinin bir müddətdən sonra pozulacağına işarə edib: “Bu da Rusiyanın Dağlıq Qarabağda erməni terrorunu tətiklənməsinə rəvac verəcək. Ona görə də hərəkətə keçmək zamanıdır. Rusiyanın bu siyasəti uğurlu olmayacaq. Azərbaycan başlatdığı qələbəni sona kimi aparacaq. Rusiyaya qarşı növbəti ildən ağır sanskiyalar tətbiq ediləcək. Ermənistan da Nikol Paşinyan hakimiyyətdə qalarsa, bu ölkədən Rusiyanın çıxarılması üçün yeni bir siyasi mərhələyə başlayacaq. ABŞ da Rusiyanın Dağlıq Qarabağdan çıxması üçün yeni bir siyasi prosesə start verə bilər. Məhz ona görə də Rusiya ABŞ-a mesaj verir ki, Dağlıq Qarabağın statusunu müzakirə edək, amma ABŞ buna getməyəcək”.   

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir