Azərbaycanda 5 günlük tətil başlayır

teqvim

Bu həftə Azərbaycanda Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar 5 günlük tətil başlayır.

araztv.com  xəbər verir ki, dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəyliyi günü, yanvarın 12-si isə Yeni il bayramıdır.

Yanvarın 2-si şənbə gününə təsadüf etdiyindən yanvarın 4-ü də istirahət günüdür. Həmçinin yanvarın 3-ü isə bazar günüdür.

Beləliklə, Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar olaraq Azərbaycanda 5 gün – 2020-ci ilin dekabrın 31-i, 2021-ci ilin yanvarın 1-i, 2-si, 3-ü və 4-ü qeyri-iş günləridir. 

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir