“Bravo” Goranboyda “Dağ qartalları”na sovqat göndərdi — VİDEO

Screenshot 1 117

“Bravo” supermarketlər şəbəkəsi Goranboyda “Dağ qartaları”nın sovqatını sahiblərinə çatdırıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi müxtəlif ərazilərdə xidmət edən hərbi qulluqçularımız üçün dəstək aksiyasını davam etdirir.

Aksiya çərçivəsində Goranboy rayonunda hərbi xidməti davam etdirən əsgər və zabit heyəti üçün, onların istəkləri nəzərə alınmaqla, müxtəlif qida məhsulları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamalar çatdırılıb.

Daxili İşlər Nazirliyinin əməkdaşlarının müşayiəti ilə “Bravo” supermarketlər şəbəkəsinin nümayəndələri bağlamaları hərbi qulluqçularımıza çatdırıblar, həmçinin, əsgərlərimizlə söhbət edərək onların istəklərini qeydə alıblar.

Daha ətraflı Baku TV-nin süjetində:

[bt_youtube url=”https://www.youtube.com/embed/vrrsCCaIIQM” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

 

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir