Sülhməramlılar Ermənistana məxsus hərbi kolonları Qarabağa BURAXDI

sulmeramli e1608964134203

Qarabağda yerləşdirilmiş rusiyalı sülhməramlılar son sutka ərzində görülən işlər barədə məlumat verib.

araztv.com Turkustan.infoya istinadən xəbər verir ki, sülhməramlı kontingentin mətbuat xidməti dekabrın 25-də Azərbaycan Ordusuna aid 8 hərbi avtomobil karvanının Qırmızı Bazar-Şuşa yolu və Laçın dəhlizi ilə hərəkətini təmin etdiklərini açıqlayıb.

Bundan başqa, Ermənistan ordusuna məxsus 2 hərbi kolon isə Laçın dəhlizi vasitəsilə Qarabağ ərazisinə buraxılıb.

Sülhməramlılar 5 hektar ərazini partlamamış mərmidən təmizlədiklərini də açıqlayıb. 

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir