Azərbaycan dünyanın ən bahalı tanklarından alacaq – Rusiyalı ekspert

K 2

 

Tanınmış rusiyalı hərbi ekspert Pavel Felgenhauer Azərbaycanın müasir K-2 tankları aldığını iddia edib.

araztv.com  Turkustan.info-ya istinadən xəbər verir ki, bu barədə “Telegram” kanalları məlumat yayıb. Hərbi ekspertin sözlərinə görə, yüzlərlə Cənubi Koreyanın K-2 “Qara Panter” adlı tankı Azərbaycana gətiriləcək. Həmin tank Rusiyada, eləcə də Ermənistanda olmayan zireh və digər funksionallıqlara sahibdir.

Qeyd edək ki, K-2 “Qara Panter” tankları Cənubi Koreyada “Hyundai-Kia Automotive Group” şirkəti tərəfindən hazırlanır. Dünyanın ən bahalı tankı hesab olunur. Tankda istifadə olunan zirehin tərkibi heç bir ölkəyə məlum deyil. ABŞ tanklarına bənzəyir, amma çəkisi qat-qat yüngüldür. “Qara Panter” avtomatik şəkildə insan müdaxiləsi olmadan hədəfi müəyyən edə və vura bilir. Tankın vura bildiyi hədəflər sırasına təkcə maşınlar yox, helikopterlər daxildir. Geniş şəkildə istehsalına 2013-cü ildə başlanılıb, ilk tank isə 2014-cü ildə orduya təhvil verilib. 

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir