Rusiya PYD və YPG-ni ilk dəfə olaraq İŞİD-ə bənzər terror təşkilatı adlandırıb.
Axar.az “Hürriyyət”ə istinadən xəbər verir ki, bu sözlər Kremlə yaxınlığı ilə seçilən Federal Xəbər Agentliyində dərc olunan məqalədə yer alıb.
Agentlik qruplaşmaların Suriyanın şimalında normal idarəetmə formalaşdırmaq yerinə Suriya xalqına aid olan təbii qaynaqları istismar etdiklərini bildirib. Məqalədə məhz PYD və YPG-yə görə Suriyadan 1.5 milyon insanın qaçmaq məcburiyyətində qaldığı vurğulanıb.
araz.az xəbər portalı.