“Bir dəfə mənə yazmışdılar ki, bu, hələ ölmədi?” – Tünzalə Əliyeva

tunzale5

“Həkimin “sağalmısan” sözünü eşidəndə klinikadan çıxa bilmədim. Oturub düşündüm ki, görəsən, bir də bura gələcəm? Uşaqlıq boynunun şişi, 30-a yaxın şüa aldım. Sonra kimyaterapiya başladı. Sonra öyrəndim ki, limfa vəzlərimə sıçrayıb. Sonra gülə-gülə getdim, dedilər, böyrək damarlarıma yayılıb. Yenə dərman içdim ki, bitəcək. Ağ ciyərdə olanda dedim, mən bitdim. Həkimin çiyinlərindən öpürdüm ki, məni sağaldın, evdə körpəm var”.

Pravda.az xəbər verir ki, bu sözləri Əməkdar artist Tünzalə Əliyeva “Elgizlə izlə” verilişində deyib. Xərçəngdən sağalan “Toppuş bacı” ləqəbli aktrisa həkimlərinə və ailəsinə təşəkkür edib:

“Sənət dotlarım mənə maddi dəstək göstərdilər. Məni sevənlər də, sevməyənlər də var. Hətta bir dəfə mənə yazmışdılar ki, bu, hələ ölmədi? Ağır günümdə, məni bu cür qəbul edən həyat yoldaşıma təşəkkür edirəm. Bilmirəm, bundan sonra necə olacam. Amma indi sağalmışam”.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir