Bu dərmanlardan istifadə etməyin! – Ağır fəsadları olur…

photo 116818

“Əhali arasında qızdırmasalıcı preparat kimi və vitamin əvəzinə antibiotiklərdən çox istifadəni müşahidə edirik. Təəssüf ki, bu hal çox geniş yayılıb”.

araztv.com  Trend.az-a istinadən bildirir ki, bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva deyib.

Onun sözlərinə görə, antibiotiklər çox ağır dərmanlardır, xəstələrin onlardan ev şəraitində istifadə etməsi qəti şəkildə yolverilməzdir.

N.Mustafayeva bildirib ki, profilaktik məqsədlə antibiotikdən istifadə edilməməlidir. Qızdırmanın olması da antibiotikdən istifadə üçün göstəriş deyil:

“Antibiotiklərdən istifadə etmək üçün qan analizi və digər müayinələr aparılmalı və buna ehtiyacın olması sübuta yetirilməlidir. Biz bununla xəstənin antibiotikə olan ehtiyacını təyin etməliyik ki, bu preparatı nə zaman və hansı dozada istifadə edə bilərik”.

O qeyd edib ki, antibiotikdən yersiz istifadə edilərsə, ehtiyac yaranan zaman həmin preparatdan istifadə səmərə vermir:

“Antibiotikdən lazımsız yerə istifadə edildiyi zaman xəstədə ona qarşı davamlılıq yaranır. Buna görə də antibiotikə həqiqi ehtiyac yaranan zaman ondan istifadə edə bilmirik və xəstələri itiririk”. 

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir