Ermənistan Qarabağda həlak olan hərbçilərinin sayını açıqladı – RƏQƏMLƏR ARTDI

1eb1e390 828c 4e53 80d1 a9d5f432824cermeniesger

Ermənistan səhiyyə nazirliyi Qarabağ müharibəsində həlak olan hərbçilərinin sayı barədə yeni məlumatlar verib – 2 min 996 min nəfər.

Qazet.az xəbər verir ki, bu barədə Ermənistan səhiyyə nazirliyinin mətbuat katibi Alina Nikoqosyan “Armenpress” dövlət informasiya agentliyinə verdiyi məlumatda bildirib.

– Advertisement –

“Həlak olan 2 min 996 hərbi qulluqçunun cəsədi məhkəmə-tibbi ekspertizadan keçirilib. Müharibə başlanandan indiyədək yaxınlardan 1 min 816 DNT nümunəsi, həlak olanların cəsədlərindən – 993 DNT nümunəsi götürülüb. DNT əsasında cəsədlərin müəyyən edilməsi prosesi davam edir”.

Ermənistan tərəfinin məlumatına görə, hələlik həlak olanların hamısı hərbi idarənin müvafiq siyahısına daxil edilməyib.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir