“Müstəqilliyimizi itirib Azərbaycanın yaşayış məntəqəsinə çevriləcəyik” – Minasyandan ŞOK AÇIQLAMA

arsvikminasyan

 

“Əgər hakimiyyət getməsə, biz çox ərazi itirəcəyik və Ermənistanda çox çətin situasiya olacaq”.

KONKRET.az erməni KİV-ə istinadən xəbər verir ki, bunu Daşnaksütyun funkioneri Arsvik Minasyan deyib.

“Azərbaycanlı generalla danışıqları bizim kəndlilər və ya icma rəhbərləri aparır. Ermənistan hakimiyyətinin Milli Təhlükəsizlik Xidmətinə tabe olan sərhəd qoşunları var, onlar haradadırlar? Bu, sadəcə absurddur. Əgər hakimiyyət getməsə, biz çox ərazi itirəcəyik və Ermənistanda çox çətin situasiya olacaq. Dövlətçiliyimizi itirəcəyik və Azərbaycanın yaşayış məntəqələrindən birinə çevriləcəyik”, – deyə o bildirib.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir