Daha 850 erməni Qarabağa gətirildi

xankendi

Bu gün daha 850 erməninin Qarabağa qaytarılması təmin edilib.

araztv.com  Turkustan.info-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Bununla da rus sülhməramlılarının müşayiəti və yardımı ilə Qarabağa yerləşdirilən ermənilərin sayı 34 min olub.

Qeyd edək ki, rus sülhməramlıları ərazini minalardan təmizləyir, ermənilərə humanitar yardım göstərir, onların məktəblərini açır və məktəb ləvazimatları bağışlayır, eyni zamanda tikintiləri bərpa edir, tikinti materialları verir, modul tipli yaşayış yerləri düzəldir, ermənilərə tibbi yardım göstərən məntəqələr açır və s.

 

 

 

 

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir