Şəhid olan əsgərlərin valideynləri azadlığa çıxdı – SİYAHI

hebs

44 gün davam edən Vətən Müharibəsində şəhid olan bir sıra hərbi qulluqçuların Penitensiar Xidmətin tabeliyində olan fərqli həbsxanalarında cəza çəkən məhkum olunan valideynləri azadlığa buraxılıb.

Torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olan Əsgər Məmmədovun atası Zaur Balış oğlu Məmmədov, şəhid Şahgündüz Cabbarovun atası Habil Mütəllim oğlu Cabbarov, şəhid Elsəvər İbrahimovun atası Etibar Rəşid oğlu İbrahimov və şəhid Kamran Seyfullayevin atası Cəlal Sanhan oğlu Seyfullayev azadlığa çıxıblar.
Qeyd edək ki, azadlığa buraxılan şəxslər müxtəlif maddələrlə məhkum olunmuşdu.   /unikal.org/

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir