Türkiyədən Qarabağ açıqlaması: Minalar…

nadide shebnem

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin ən qısa müddətdə fəaliyyətə başlaması istiqamətində işlər davam etdirilir.

 araztv.com  Turkustan.info-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı, polkovnik-leytenant Nadidə Şəbnəm Aktop deyib.

O bildirib ki, işğaldan azad edilən ərazilərdə qardaş Azərbaycan Ordusuna dəstək məqsədilə Türkiyə Silahlı Qüvvələrinin mina və əldə düzəldilmiş partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssisləri ərazini minalardan təmizləyir:

“Eyni zamanda, bununla bağlı təlimlər də keçilir. Həm kədərdə, həm də şad günlərdə bərabər olduğumuz, can qardaşlarımız Azərbaycan türkünün haqlı davasında bütün imkanlarımızla yanındayıq”.  

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir