Birinci vitse-prezidentdən Kəlbəcərlə bağlı paylaşım: “Şanlı qələbəmiz hər evə, hər ailəyə bol sevinc gətirsin…”

mehriban AliyevaAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində Kəlbəcərin işğaldan azad edilməsi münasibəti ilə paylaşım edib.

araztv.com xəbər verir ki, paylaşımda deyilir:

 “Hörmətli həmvətənlər!

 Sizi əlamətdar hadisə – Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Şanlı Qələbəmiz hər evə, hər ailəyə bol sevinc, təbəssüm, səadət, ölkəmizə sülh və əmin-amanlıq gətirsin! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”.

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir