Türk əsgəri Qarabağa nə vaxt gəlir? – Gözlər Ərdoğanda… – AÇIQLAMA

 

 

turkiye ordusu e1605516683880

“Türkiyə əsgərlərinin Azərbaycana nə zaman gələcəyini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayacaq”.

Bu barədə Modern.az-a Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib.

Türkiyəli deputat qeyd edib ki, türk əsgərlərinin Qarabağda hansı bölgələrə yerləşdirilməsinə də Rəcəb Tayyip Ərdoğan qərar verəcək.

Şamil Ayrımın sözlərinə görə, Türkiyə hərbçilərinin Azərbaycana gəlməsi məsələsi çox da uzana bilməz:

“Düşünürəm ki, ya bu gün, ya da sabah bu barədə məlumatlar açıqlanar. Gecikəcəyini zənn etmirəm”.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycanla bağlı Türkiyə Böyük Millət Məclisinə göndərdiyi sənəd təsdiq olunub.

Sənəd Türkiyə əsgərlərinin Azərbaycana göndərilməsini nəzərdə tutur.

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir