Paşinyan, hakimiyyəti Milli Konsensus Hökumətinə təhvil verəcək – Siyasi böhran dərinləşir

1605555842 25313380Ermənistanda növbədənkənar seçkilər ərəfəsində hakimiyyət səlahiyyəti milli konsensus hökumətinə təhvil veriləcək.

araztv.com  xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyan bu təkliflə çıxış edib.

Sarkisyan ümid etdiyini vurğulayıb ki, bütün siyasi qüvvələr hazırkı çətin vəziyyətin məsuliyyətini dərk edir və tarixi missiyalarını layiqincə yerinə yetirəcəklər.

Sarkisyan, həm müttəfiqlərinin, həm də düşmənlərinin bu gün Ermənistandakı prosesləri yaxından izlədiklərini xatırladıb.

Ermənistan prezidenti həmçinin polis qüvvələri yetkililərini də işdən çıxarıb və xarici işlər nazirinin istefasını təsdiqləyib.

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir