Xankəndi üçrəngli bayrağımızla gözəlləşəcək! – Gəncəliyev

tural ganjaliyev 220519 01

 

Xankəndi Azərbaycanın ən gözəl, ən yüksək inkişaf etmiş şəhərlərindən biri olacaq.

araztv.com   bildirir ki, bunu Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev deyib.

O bildirib: “Əziz Xankəndi sakinləri, böyük fəxr və qürur hissi ilə bildirirəm ki, bütün Qarabağımızda, həmçinin Xankəndi şəhərimizdə Azərbaycan Respublikasının tam suverenliyi bərpa ediləcək!

Xankəndi üçrəngli bayrağımızla gözəlləşəcək! Xankəndi sakinləri öz evlərinə geri dönəcəklər! Xankəndi Azərbaycanın ən gözəl, ən yüksək inkişaf etmiş şəhərlərindən biri olacaq!

“Yolumuz Xankəndinədir!” demişdim, artıq çatdıq! Evlərinizə geri dönməyə hazırlaşın!”

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir