
Bu barədə Azərbaycanın Moldovadakı səfirliyindən araztv.com-a daxil olan xəbərdə deyilir ki, telekanalın həmin süjetində xarici işlər naziri həmçinin Dnestryanı bölgədəki vəziyyətlə Qarabağ münaqişəsinə paralellik gətirərək, hansısa ölkə ərazisində dondurulmuş münaqişənin mövcudluğunun fəsadlarının Moldovaya yaxşı bəlli olduğunu xüsusi vurğulayır. Bundan əlavə, Moldova rəsmisi belə məsələlərin sülh yolu həll olunmasının vacibliyini qeyd edir, beynəlxalq ictimaiyyətin səyləri nəticədində, Ermənistanla Azərbaycan arasında silahlı toqquşmaların dayandırılacağına ümid etdiyini bildirir.
Həmin video-süjetlə aşağıdakı linkdə tanış olmaq mümkündür:
Rəşad CƏFƏRLİ,
araztv.com xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.