
Sabir Rüstəmxanlı ABŞ-lı diplomata Qarabağ münaqişəsinin tarixi, Azərbaycan torpaqlarının işğalı və 30 il müddətində sülh danışıqlarının səmərəsizliyi haqda məlumat verərək, Azərbaycan xalqının belə bir durumla barışmadığını deyib. Piter Kaufman görüşdən məmmunluğunu bildirərək, ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini və ABŞ-Azərbaycan münasibətlərinin bundan sonra da inkişaf edəcəyindən əminliyini ifadə edib.

Rəşad CƏFƏRLİ,
araztv.com xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.